Dadlı Restoran · Qəbələ

Qəbələdə Səhər Yeməyi

Qəbələdə səhər yeməyi süfrəsi: pendir, yumurta, bal və çay

Dadlı Restoran hər gün saat 09:00-da açılır və günə ənənəvi Azərbaycan səhər süfrəsi ilə başlayır. Masaya kənd pendiri, qaymaq, bal, kərə yağı, bəhməz, şor və süzmə gəlir. Zeytun, pendir və kolbasa çeşidləri ilə süfrəni istədiyiniz kimi tamamlaya bilərsiniz.

İsti Səhər Yeməkləri

İsti yemək sevənlər üçün pomidor yumurta, qayğanaq, omlet, göz yumurta, sosiska və manna kaşası var. Yanında fincan çay, dəmlikdə yaşıl və ya meyvəli çay, yaxud espresso əsaslı kofe sifariş edə bilərsiniz.

Ailə İlə Səhər Yeməyi

Geniş zal və terras ailə və dostlarla uzun səhər yeməyi üçün rahatdır. Həftəsonu gəlmək istəyirsinizsə, masanı əvvəlcədən WhatsApp ilə rezerv edə bilərsiniz.